TOP 10

Axundov, BÖYÜKlük göstər, Əhmədov - toparlan!

Futbol
Tarix: 2019-04-07 10:42

Onunla yolum heç vaxt rəvan olmayıb. Heç vaxt da şəxsi müstəvidəki münasibətləri geniş auditoriya qarşısına çıxarmağı xoşlamamışam. Qələmin həmişə iki başı olub - biri yazan, biri pozan. Qismət elə gətirib ki, onunla münasibətdə “pozan” işlətməmişəm. Ancaq hər kəsin öz həyat prinsipi olur. Mənə də bu prinsipi rəhmətlik atam aşılayıb: “Ceyhun, zəifi vurma, bacarıqlısan, güclüsənsə, ən güclülərlə döyüş, zəiflə dost ol”...

 

Həyat - mübarizədir. Həyat - imtahandır. Həyat - pəncərədir. Bu gün də Tərlan Əhmədov imtahan verir. Həyata! Bu gün də Tərlan Əhmədov mübarizə aparır. Həyatla! Bu gün də Tərlan Əhmədov pəncərədən baxır. Həyatın!

 

... “Keşlə” məğlub oldu. “Keşlə” turnir cədvəlində sonuncu pilləyə düşdü. A kişi, ölkə Kubokunu ötən mövsüm başı üstünə qaldıran “Keşlə” indi can üstündədir. Axundov, barışırsan? Əminəm ki, yox! Zaur Axundov, səni ki tanıyıram! Kənardan bir qədər kobud insan təsiri bağışlasan da, axı sənin uduzmağı bacarmadığın üçün belə olduğunu mən bilirəm. İndi də məşqçinə bax. Başdan ayağa səhvdi. Ancaq yanındakı insan sənə oxşayır. Bilirsən, nədə?! O da uduzmağı, ikinci olmağı bacarmır. 

 

...Axundov, sənin 26, mənim isə 25 yaşım var idi - bax, onda tanımışdım səni. Düz 20 il əvvəl. Dünən (ötən il) Kuboku qazanmışdın, bu gün Premyer Liqadan qopa bilərsən. Qəbələdə ötən il bacardın, indi də bacarmalısan BÖYÜK olmağı. Yığ ətrafına komandanı və bacar!

 

... Əhmədov, sən millinin kapitanı olmusan! Unutdun? Sən 11 nəfərə ürək vermisən! Unutdun? Sən Serbiyaya getməyə duxu çatmayan komandanı arxanca aparan oğlan olmusan! Unutdun? Sən həmin “4 nömrə”sən! Unutdun?.. 

 

Tərlan, sənə baxıb ibrət götürüblər! Səndən öyrəniblər! Sənə yaraşarmı “bacarmadım” demək? Muzeylərə düşməyə layiq millinin kapitanı, bu qədərmi aciz oldun?! Toparlan, Əhmədov, toparlan və toparla!

 

 

CEYHUN ƏLİYEV

 

P.S. Əhmədov, sən məşqçi kimi “at oynadanda” səni tənqid edən yenə də birinci mən olacam... Hazırlaş!

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB