TOP 10

Məmmədyarov Şəmkirdə nəticəsindən, Karlssen stabil olmamasından narazıdı: "Qələbə üçün oynamaq mümkünsüz oldu"

Şahmat
Tarix: 2019-04-04 20:44

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində V turun görüşləri keçirilir. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov qara fiqurlarla dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. Sport24.az xəbər verir ki, partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak edib. 

 

Azərbaycan qrossmeysteri qeyd edib ki, V turdakı oyunundan razı qalıb: "Prinsipial pozisiya izlədik. Gedişləri saymaq və diqqətli olmaq vacib idi. Rəqib çox dəqiq oynadı. Buna görə qələbə üçün oynamaq mümkünsüz oldu. Üstünlük görünmürdü, heç bir perspektiv olmayacaqdı. Ümumilikdə Şəmkir turnirində oyundan razıyam, nəticədən yox. Vişvanatan Ananda uduzmamalıydım. David Navarayla görüşdə üstünlüyü qoruya bilmədim. Ümid edirəm, istirahət günündən sonra nəticələr daha yaxşı olacaq".
 

Dünya çempionu Maqnus Karlssen nəticədən razı qalmadığını etiraf etdi. Onun sözlərinə görə partiya istədiyi kimi bitmədi: "Heç-heçəyə nail oldum. Amma oyunun keyfiyyətindən razı qalmadım. Şəmkirdə ardıcıl qələbələrdən sonra liderliyə yüksəldim, bununla belə stabil oynamıram. Səhvlər üzərində işləmək lazımdır".

 

Qeyd edək ki, sabah "ShamkirChess2019" turnirində istirahət günüdür.

 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB