TOP 10

Anand maraqsız oyundan danışdı, Məmmədyarov bəxtsizlikdən gileyləndi: "Məğlubiyyət görünmürdü"

Şahmat
Tarix: 2019-04-03 14:25

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" turnirinin III turunda sabiq dünya çempionu Vişvanatan Ananda uduzan Şəhriyar Məmmədyarov məğlubiyyət barədə danışıb. Sport24.az xəbər verir ki, partiyaya yaxşı başladığını deyən Şəhriyar səhv etdiyini etiraf edib: "Düşünürəm ki daha çox üstünlük qazanmışdım. Qələbəyə yaxın olsam da, 3-4 gedişdə səhvə yol verməklə rəqibə şans verdim. Yaxşı oynadığımı fikirləşirəm. Sadəcə, oyun bu nəticəylə bitməməliydi. Əsas problem vaxt azlığı idi. Tez qərar qəbul etməliydim. Partiyanın sonunda heç-heçə olacağına əmin idim. Məğlubiyyət görünmürdü. Vəziyyət heç-heçəyə aparırdı. Bəxt mənim tərəfimdə olmadı. Peşəkar şahmatçı kimi bəxtdən danışmaq düzgün olmaz, sadəcə, başqa səbəb tapmaq olmur. Məyus olsam belə özümə gəlməyə cəmi bir gün vaxtım var. Növbəti oyunları düşünməliyəm".
 

Sabiq dünya çempionu Vişvanatan Anand isə maraqlı oyun olmadığını söyləyib. Onun fikrincə partiyanın, əvvəlində səhv gedişlər edib: "Maraqlı oyun olmadı. Başlanğıcda çoxlu sayda səhvə yol verdim. Üstünlük qazana bilmirdim. Maraqlı deyil,məntiqli oynadım. Müxtəlif variantlar oynamaq imkanı var idi. Asanlıqla uduza bilərdim. Çox diqqətli olmalıydım. Rəqib yaxşı başladı, davam etdirə bilmədi. Qələbə qazanmağım məni sevindirir. Belə güclü yarışda hər partiya çox vacibdir. Ötən tur məğlubiyyətdən sonra özümə gəlmək çox önəmli idi. Fikrimcə əsas mübarizə irəlidədir".
 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB