TOP 10

Karlssen Anandın məğlubiyyətinin səbəbini göstərdi, hərəkətinə münasibət bildirdi: "Onu tənqid edə bilmərəm"

Şahmat
Tarix: 2019-04-01 23:23

Azərbaycanın tanınmış qrossmeysteri, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “ShamkirChess 2019” superturnirinin ikinci turunda hindistanlı Vişvanatan Ananda qalib gələn dünya çempionu Maqnus Karlsen (Norveç) rəqibinin mətbuat konfransını əsəbi halda yarımçıq tərk etməsinə münasibət bildirib. Sport24.az xəbər verir ki, Şahmatçı belə halları normal qarşıladığını bildirib: “Anand uduzduğuna görə məyus olmuşdu. Onu tənqid edə bilmərəm. Öncədən dedi ki, getmək istəyir və birinci sualı ona verəsiniz. Hər zaman Anandla oynamaq mənə maraqlı olub. Onunla oyuna ciddi hazırlaşıram. İndi qalib gəldiyimə görə sevinirəm. Düşünürəm ki, Anandın məğlub olmasının səbəbi oyuna köklənə bilməməsi oldu. Fikrimcə, Anand dünyanın ən güclü şahmatçılarından biridir. Ona qarşı açıq mübarizə aparmaq çətindir. Aramızda prinsipiallıq yoxdu. Sadəc,ə bu qələbəyə sevinməyim normaldı. Axı rəqib adi şahmatçı deyil”.


Dünya çempionu hər zaman qatıldığı turnirlərdə qəlib gəlmədiyini, ancaq Şəmkirdə birincilik üçün yaxşı atmosferin olduğunu bildirib: "Bütün yarışlarda qalib gəlmək mümkün deyil. Üç dəfə Şəmkir turnirində iştirak etmişəm və qalib gəlmişəm. Şəmkirdə ancaq şahmat barədə düşünmək üçün əla şərait var. Təşkilatçılıq yüksək

səviyyədədir, ona görə bu ildə də Şəmkiri çempion kimi tərk etmək istərdim". 

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB