TOP 10

Azərbaycanlı hakimlər beynəlxalq seminarda

Cüdo
Tarix: 2019-04-01 17:25

Türkiyənin Antalya şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib. Sport24.az xəbər verir ki, Avropanın tanınmış cüdo xadimlərinin, bir neçə idman təşkilatlarının rəsmi nümayəndələrinin də iştirak etdiyi seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub.

Tədbirdə cüdonun yeni qayda və qanunlarının tədbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.


Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli referi Mətin Rəhimli və ACF Hakimlər Komitəsinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov da iştirak edib.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB