TOP 10

Maqnus Karlssen: "Mən şahmatla "evliyəm"

Şahmat
Tarix: 2019-04-01 10:18

Şahmat üzrə dünya çempionu Maqnus Karlssen "ShamkirChess2019" turnirinin I turunda Azərbaycan təmsilçisi Teymur Rəcəbovla heç-heçənin ədalətli nəticə olduğunu deyib. Sport24.az xəbər verir ki, norveçli şahmatçı ilk turu belə şərh edib: "Qara fiqurlarla oynadığım partiyada rəqib səhv etmədi. Ciddi üstünlük olmadığı üçün risk etmək yersiz idi. Teymur çox yaxşı mübarizə apardı. Fikrimcə ilk turlarda heç-heçələrin qeydə alınması normaldı. Adətən superturnirlərdə qələbələr az, amma həlledici olur. Bu dəfə də Şəmkirə uğur qazanmaq üçün gəlmişəm. Ümid edirəm qarşıdakı oyunlar istədiyim kimi olacaq".
 

Karlssen onun üçün hansı rənglə mübarizə aparmağın o qədər vacib olmadığını deyib: "Püşkdən sonra 5 partiyada qara fuqurlarla mübarizə aparacağım dəqiqləşdi. Əslində belə güclü yarışda 5 dəfə qaralarla oynamaq asan olmayacaq. Amma bu məni ciddi qayğılandırmır. Rəqibləri düşünürəm. Əsas rəqibin oyunu, ona hazırlaşmağımdı. Məhz bu səbəbdən turnirlərdə iştirakçıların sayının cüt və ya tək olması önəmli deyil".
 

Jurnalistlərin evlənmək barədə nə vaxt düşünəcəyini sualına dünya çempionu zarafatla belə cavab verib: "Hələ 29 yaşım tamam olmayıb. 28 yaşım var. İl boyu yarışlar barədə, titulu qorumaq barədə düşünürəm. Deyə bilərəm ki, şahmatı çox sevirəm. Hazırda bu barədə fikirləşməmişəm. Mən şahmatla "evliyəm". Beynimdə yalnız şahmatdı."

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB