TOP 10

Karlssen çempionluğu hədəfləyib: “Ona qarşı oynamaq hər zaman ağırdı”

Şahmat
Tarix: 2019-03-31 15:07

Bu gün Şəmkirdə şahmat üzrə 22-ci kateqoriyalı VI beynəlxalq turnir start götürur. Start ərəfəsində sözügedən yarışın üçqat qalibi Maqnus Karlssen qarşıdakı yarışlara bağlı fikirlərini Sport24.az-la bölüşüb.

 

Norveçli dünya çempionu əvvəlcə turnirdən gözləntiləri haqda danışıb: “Bzi çətin bir yarış gözləyir. Dünyanın güclü şahmatçıları buradadır. Hər il gərgin mübarizəyə şahidlik edirik”.

 

Maraqlıdır ki, ilk 5 turniri iki şahmatçı qazanıb: 3 dəfə Karlssen, iki dəfə isə Şəhriyar Məmmədyarov. Mütəxəssislər məhz bu iki dərin zəka sahibinin turnirin əsas favoriti hesab edirlər: “Turnirin nüfuzu - 22-ci kateqoriyaya aid olması çox şeydən xəbər verir. Əlbəttə, Məmmədyarov olduqca elitar şahmatçıdı. Ona qarşı oynamaq hər zaman ağırdı. Ancaq digər rəqibləri də sıradan silmək olmaz. Bıtün hallarda, hədəfim Şəmkirdən qalib kimi ayrılmaqdı”.

 

Şahmatçılar iki kateqoriyaya bölünür: bəziləri startdan risksiz, ehtiyatlı oynayır, digərləri ilk turdan qələbəyə can atırlar. 28 yaşlı qrossmeyster uğurlu starta ümid etdiyini gizlətmədi: “Əlbəttə, ilk partiyanı qələbə ilə başlamaq əla olar”.

 

Qeyd edək ki, ilk turda Maqnus Karlssen qaralarla Teymur Rəcəbova qarşılaşır.
 

 

CEYHUN ƏLİYEV, Şəmkir

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB