TOP 10

Mahir Məmmədov: "Karlsenin bura gəlməsi “Shamkir Chess 2019”un dünya şahmatsevərləri tərəfindən izlənməsinə səbəb olacaq"

Şahmat
Tarix: 2019-03-30 20:06

“Sevindirici haldır ki, artıq altıncı dəfədir mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess 2019” turnirini təşkil edirik. Bu turnirin ən gözəl məqamı Azərbaycanın dilbər guşələrindən birində keçirilməsidir”. Sport24.az-ın Şəmkirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov “Shamkir Chess 2019” supertunirinin açılış mərasimindən öncə deyib.

 

O, sözügedən yarışın ən yüksək kateqoriyaya və ən çox heyətə malik turnir olduğunu vurğulayıb: “Dünya çempionluğu titulunu qoruyan Maqnus Karlsen dördüncü dəfə bu turnirdə iştirak etməyə gəlib. Karlsenin bura gəlməsi “Shamkir Chess 2019”un dünya şahmatsevərləri tərəfindən izlənməsinə səbəb olacaq. XXII kateqoriya ən yüksəkdir və şahmatda bundan yüksəyi ola bilməz. İnanıram ki, heç-heçələrin sayı az və maraqlı partiyaların sayı çox olacaq. Ümid edirəm ki, azərbaycanlı şahmatçılardan biri bu turnirin qalibi adını qazanacaq”.

 

FİDE-yə yeni rəhbərlik gələndən sonra bəzi yeniliklərin müzakirə edildiyini deyən M.Məmmədov heç-heçə sövdələşmələrinin şahmat taxtasından götürülməsini istədiklərini bildirib: “Ola bilsin ki, növbəti turnirdə biz bu sistemi tətbiq edək. Sofiya sistemində 30 və ya 40-cı gedişə qədər şahmatçıların heç-heçə təklif etməməsi nəzərdə tutulur. Bütün bu yeniliklər müzakirə edilir”.
 

 

 

CEYHUN ƏLİYEV, Şəmkir

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB