TOP 10

Məmmədyarov Karlsseni favorit sayır: “Ölkəmizdə şahmatın inkişafı zəifləyib”

Şahmat
Tarix: 2019-03-30 19:06

Azərbaycan şahmat məktəbinin ən istedadlı nümayəndəsi Şəhriyar Məmmədyarov Vüqar Həşimov memorialın - “Şhamkir Chess-2019” turnirinin açılış mərasimi öncəsi jurnistlərin suallarını cavablandırıb. Sport24.az-ın Şəmkirdə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Məmmədyarov ilk öncə turnirin favoriti barədə fikrini bölüşüb:


“Sözsüz ki, Maqnus Karlssen favorit sayılır. Ümumiyyətlə, o, bütün turnirlərin 90 faizində qalib olmağa əsas namizəddir. Amma bu dəfə birinci olmağa çalışacam. Çünki 2 dəfə qələbə qazanmışam”. 


Azərbaycan şahmat tarixində 2800 əmsalını adlayan hələ ki, yeganə şahmatçı daha sonra son zamanlar uğursuz çıxışından danışıb: “Bir turnir mənim üçün uğursuz oldu. Amma sonradan yaxşı oldu”. 


Şahmatçımız iddialıların turnirinə vəsiqə qazanmaq şansından danışıb: “Bir az çətin olacaq. Artıq reytinqə görə 2 deyil, 1 idmançı getməlidir. Buna görə çətinlik yaranacaq”.


Məmmədyarov sponsor məsələsinə də aydınlıq gətirib. O, gödəkcəsində yazılmış “S” hərfindən danışıb: “Bu geyim sadəcə, sponsorun mənə bir hədiyyəsidir. Sponsor məsələləri haqqında sonra danışacağıq”.


“Azərbaycanın gənc şahmatçılarından kimi 2700+ əmsalına iddialı sayırsız” sualına isə o, heç də pozitiv cavab verməyib: “Belə ad çəkəcəyim adam yoxdur. Təəssüf ki, son zamanlar ölkəmizdə şahmatın inkişafı zəifləyib. Gənclərdə o qədər perspektiv görünmür ki, kimisə xüsusi qeyd edim”.


Təmsilçilərimiz indiyədək heç vaxt Şahmat Olimpiadalarında medal qazanmayıblar. Maraqlıdır, bəs bu nəslin Olimpiya medalçısı olmaq şansı qalıbmı? Gəlin, Məmmədyarovun dinləyək: “Son Olimpiadada uğursuz çıxış etdik. Bəli, zaman-zaman medalların bir addımlığında dayanmışıq. Amma alınmayıb. İndiyə qədər medal qazanmamışıq. Amma növbəti Olimpiadaya ümid var. Buna var gücümüzlə çalışacağıq”.


CEYHUN ƏLİYEV, Şəmkir

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB