TOP 10

“Neftçi”yə 1 qol bəs etdi, “Zirə” “Səbail”ə uduzdu

Futbol
Tarix: 2019-03-30 20:29

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 22-ci tura start veriib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Öncə “Zirə” “Səbail”i qəbul edib. Zirəlilər bu oyunda qalib gəlməklə bir pillə irəliləmək şansı əldə edəcəkdilərsə, qonaq komanda üçüncü yerdəki mövqeyini qorumaq istəyindəydi. Üç qolun qeydə alındığı matç məhz qonaqların qələbəsiylə yekunlaşıb.


Günün digər matçı “Keşlə” ilə lider “Neftçi” arasında baş tutub. “Ağ-qaralar” bu oyunda xal itirməməyi hədəfləmişdi. Amma meydan sahibləri də paytaxt derbisindən xal və ya xallarla ayrılmaq istəyindəydi. 90 dəqiqənin tamamında yenə qonaqlar qələbəni bayram ediblər.


Azərbaycan Premyer Liqası
22-ci tur

30 mart


“Zirə” – “Səbail” 1:2
Qol: X.S.Rodriqes, 69 - A.Ramazanov, 41. Ş.Rəhimov, 90+4.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov.
Zirə İdman Kompleksinin stadionu, 16:00.

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 18. Xulio Sezar Rodriqez, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 20. Fofana İsmael, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 4. Enrike Perilyo, 3. Tamazi Tsetsxladze, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 6. Maykl Essyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.


“Keşlə” – “Neftçi” 0:1
Qol: E.Mahmudov, 79-pen.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov.
Bakı. “ASK Arena”, 18:30.

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 14. Andre Klennon, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.


Turun digər oyunları aprelin 1-də keçiriləcək: “Qəbələ” – “Sabah”, “Sumqayıt” – “Qarabağ”.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB