TOP 10

Tomaş Ayan təşəkkürnamə təqdim etdi: "Bakıdakı təşkilatçılıq çox yüksək səviyyədədi"

İslamiada
Tarix: 0000-00-00 00:00

IV İslam Həmrəylik Oyunları çərçivəsində 13-17 may tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə yarışlar keçiriləcək. Sport24.az xəbər verir ki, turnirin gedişini izləmək üçün Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan da Bakıya səfər edib.

Qurum rəsmisi yarışların təşkilat səviyyəsindən razı qalıb. Cənab Ayan bunu bir daha ifadə etmək üçün xüsusi addım atıb. IWF prezidenti və qurumun İdarə Heyətinin üzvü Mohammad Cəlud rəhbərlik etdikləri təşkilatın xüsusi təşəkkürnaməsini Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov və baş katib Rizvan Rəsulova təqdim edib.

Tomaş Ayan qısa nitq söylərək İslam Oyunlarında qonaq olmaqdan böyük məmnunuluq duyduğunu bildirib: “Bakıdakı təşkilatçılıq çox yüksək səviyyədədi. Gördüklərim məni sevindirdi. Həmişə olduğu kimi Azərbaycan bu işlərdə öncüllərdəndi. Ağır atletikaya verilən xüsusi dəyərə təşkilatçılıq zamanı bir daha şahid oldum. AAAF rəhbərliyinə, onun vitse-prezident və baş katibinə bu mükafatı təqdim edərək öz təşəkkür və sayğımı bildirirəm. Mənə, ümumilikdə bu idman növünə xoş münasibətə, belə yüksək səviyyəli yarış təşkilinə görə bir daha təşəkkür edirəm”.

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB