TOP 10

Tamerlan Abdullayev 1/4 finala vəsiqə qazanıb

İslamiada
Tarix: 0000-00-00 00:00

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında növbəti döyüşlər keçirilir. Azərbaycan millisinin 1/8 finaldakı sonuncu təmsilçisi Tamerlan Abdullayev bu gün rinqə çıxıb.

69 kq çəki dərəcəsində yarışan boksçumuz türkmənistanlı Muhemmetmirat Sahedovu sınağa çəkib. Abdullayev hər 3 raundda rəqibindən üstün olub və yekunda 5:0 hesabı ilə qələbə qazanıb.

O, 1/4 finalda qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək. Döyüş sabah baş tutacaq.

Qeyd edək ki, Tarumalinqam 1/8 finalda qırğızıstanlı Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.

17 Iyul 2018
16 Iyul 2018
B.eÇ.aÇC.aCŞB