TOP 10

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında 1 gündə 22 medal qazandı

İslamiada
Tarix: 0000-00-00 00:00

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ilk gününü Azərbaycan uğurla başa vurub. Sport24.az xəbər verir ki, ölkəmiz bu gün ümumilikdə 22 medal (10 qızıl, 9 gümüş, 3 bürünc) qazanıb.

Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
 
Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.
 
Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.

Qeyd edək ki, ilk gündə medalların əyarında Azərbaycan turnirdə ölkələr arasında 1-ci pillədə qərarlaşıb. (qol.az)

23 May 2018
22 May 2018
B.eÇ.aÇC.aCŞB