TOP 10

Azərbaycan ilk məğlubiyyətini aldı, Ermənistana yollanmaq şansını itirdi

Futbol
Tarix: 2019-03-23 14:56

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda ikinci oyununa çıxıb. Sport24.az xəbər verir ki, Vüqar Məmmədin çalışdırdığı kollektiv Rusiyada təşkil olunan 1-ci qrupun növbəti matçında İrlandiya ilə üz-üzə gəlib.
 

Krasnodardakı "Kuban" stadionunda baş tutan görüşdə millimiz bu mərhələdə ilk məğlubiyyətini alıb - 1:3. Bu matçda hər komanda ikinsi hissədə hərəy bir penalti qaçırıb ki, bizdən 73-cü dəqiqədə Turan Vəlizadə qeyr-dəqiq olub. 

 

Azərbaycana ilk məğlubiyyət qrup qalibi olaraq final mərhələsinə çıxa bilməyəcəyini rəsmiləşdirmək bahasına başa gəlib. Çünki ilk turda Rumıniyanı darmadağın edən (5:0) İrlandiya hesabına artıq 6 xal yazdırıb. İlk turda Rusiya ilə qolsuz heç-heçə Azərbaycan 1 xalı olduğundan irlandlara artıq çaat bilməz. Reqlamentə görə, elit-raundda yalnız qrup qalibləri final mərhələsinə çıxır. Bu isə o deməkdir ki, millimiz Ermənistnda keçriiəcək həlledici mərhələyə yollana bilməyəcək.


Qrupun digər oyununda bu gün Rusiya və Rumıniya yığmaları üz-üzə gələcək.


Qeyd edək ki, yığmamız qrupda son oyununu martın 26-da Bakı vaxtilə saat 178:00-da Rumıniya ilə keçirəcək. 
 

 

AÇ-2019-un elit-raundu
1-ci qrup

23 mart


13:00. İrlandiya - Azərbaycan - 3:1 

Qollar: Tayrek Rayt, 41, Ceyson Kinght, 63, Conatan Afolabi, 85 - Kamran Quliyev, 73
Hakimlər: Adam Farkaş, Balaj Şert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya).
Krasnodar, "Kuban" stadionu (Rusiya).


18:00. Rumıniya - Rusiya

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB