TOP 10

Rafael Ağayev: "Övladımın dünyaya gəlməsindən sonra 3-cü qızıl medalımdı"

İslamiada
Tarix: 0000-00-00 00:00

"Bu hissi gərək yaşayasan. Başqa cür çıxmasın, hər adama nəsib olmur. Lakin Rafaelin Rafael olmasında valideynlərimin, ailəmin, müəllimlərinin dəstəyi və əməyi olub".

Sport24.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev təəssüratlarını bölüşərkən söyləyib.

75 kq çəkidə mübarizə aparan idmançı mükafatlandırma mərasimindən sonra keçirilən brifinqdə jurnalistlərin digər suallarını da cavablandırıb.

- Qələbəni övladınıza həsr etdiniz?

- Övladım olub, çox gözəl hissdi. Bunu çoxları bilir. Onun doğulmasındam sonra 3-cü qızıl medalımdı.

- Hansı görüş daha çətin keçdi?

- Türkiyəli rəqibimlə demək olar ki, 7 dəfə görüşmüşük. Çox güclü rəqiblərimiz var. Hamısı göz qabağındadı.

- Atletlər Kəndində ab-hava necədi? Digər ölkələrin nümayəndələri ilə həmrəylik yarada bilmisiniz?

- 24 ildi karatedəyəm, çox rəqiblərimi tanıyıram. Döyüşmək başqa, kənar da münasibət başqa.

- Bu gün sizə yüksək səviyyədə dəstək oldu...

- Prezidentimiz çox sağ olsun, gəlib dəstək oldu. Azarkeşlərə də minnətdarlığımı bildirəm. Hamısının qarşısında baş əyirəm. (report.az)

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB