TOP 10

Nicat Şıxəlizadə: "Qızıl medalı dövlət başçısından almağım mənim üçün gözlənilməz oldu"

İslamiada
Tarix: 0000-00-00 00:00

“İslam Oyunları Bakıda keçirildiyindən məsuliyyətimiz böyük idi. Keçirdiyim hər 3 görüşdə qələbə qazanmaqla çempion oldum. Buna görə çox sevinirəm”. Sport24.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının qalibi Nicat Şıxəlizadə deyib.

Mükafatlandırma mərasimində Nicat Şıxəlizadəyə qızıl medalı dövlət başçısı İlham Əliyev təqdim edib. O, bununla bağlı fikirlərini bildirib: “Bu, mənim üçün gözlənilməz oldu. Çünki məndən qabaq da qızıl medal qazanan cüdoçumuz var idi. Təbii ki, çox sevinirəm. Qızıl medalı mənə dövlət başçısının təqdim etməsi sevindirici haldır. Buna görə cənab prezidentə minnətdaram”. (futbolxeber.az)

14 Noyabr 2018
13 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB