TOP 10

Yurçeviç hakimlərdən narazı qalıb: "Futbolçularımla fəxr edirəm"

Futbol
Tarix: 2019-03-22 02:19

AVRO-2020-nin seçmə qrup mərhələsinin ilk oyununda Xorvatiya yığmasına Zaqrebdə 1:2 hesabı ilə məğlub olan milli komandamızın baş məşqçisi Nikola Yurçeviç mətbuat konfransı keçirib. Sport24.az-ın Zaqrebə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 53 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Xorvatiya millisini qələbə münasibəti ilə təbrik edirəm. Qələbəyə layiq idilər. Ancaq deməliyəm ki, xoşbəxtəm. Çünki bu cür fantastik atmosfer olan stadionda bir xal qazanmağa yaxın idik. Dünyanın ən yaxşı komandalarının birinə qarşı oynayırdıq. Oyunçularım bacardıqlarının hər şeyini etdilər, 90 dəqiqə mübarizə apardılar. Xorvatiya qrupun ən güclü komandasıdı. Bu oyun növbəti görüşlər üçün nikbin əhval-ruhiyyə yaradır. İyunda bizi 2 vacib qarşılaşma gözləyir. Həmi oyunlarda çoxlu xal qazanmaq istəyirik.

 

- Hakimlik barədə nə deyə bilərsiniz? Dördüncü hakimə tez-tez irad bildirirdiniz...
- Bəlkə də haqsızam, ancaq hakimin bir sıra qərarları ədalətsiz idi. Hakim rəqibin lehinə çox tez-tez fit səsləndirirdi. Bu, mənim subyektiv fikrimdi. Ancaq bir daha təkrar edirəm ki, Xorvatiya qələbəyə layiq idi.

 

- Oyuna hazırlığınız necə keçmişdi. Bu cür oyun gözləyirdiniz?
- Xorvatiyanı başdan-ayağa təhlil etmişdik. Deyə bilmərəm, bu cür oyun gözləyirdim, yoxsa yox. Bir qədər bəxt bizim tərəfimizdə olsaydı, 1 xal da qazana bilərdik. 

 

- Gələcək oyunlarda nə lazımdır ki, millimiz favoritlə qarşılaşmada hesabda önə çıxdıqdan sonra xal qazana bilsin?
- Xorvatiyaya qarşı sərgilədiyimiz futboldan tam razı qalmalıyıq. Əminəm ki, meydan sahibləri daha rahat qələbə qazanacağını gözləyirdi. Bəlkə də ilk yarıda qələbə hesabını qoruya bilsəydik, burdan xalla ayrılardıq.

 

- Hansı oyunçulardan gözləntiləriniz daha çox idi, lakin bunu meydanda görmədiniz?
- Hansısa futbolçu barədə konkret danışmaq istəmirəm. Ümumilikdə yekun nəticədən bir qədər narazıyam. Onlar bacardıqlarını ortaya qoydular.Futbolçularımla fəxr edirəm.

 

- Xorvatiya yığması barədə nə deyə bilərsiniz?
- Ürəyim daim Xorvatiya ilə döyünüb. Ancaq bu axşam Xorvatiyadan xalla ayrılmaq istəyirdim.

 

- Millimizlə işləmək üçün vaxtınız az olsa da, Zaqrebdə layiqli müqavimət gördük. Bakıda artıq millimizi yaxından tanıyacaqsınız. Xorvatiyadan evdə xal ala bilərik?
- Macarıstan və Slovakiyaya qarşı iyunda baş tutacaq oyunlar bizim üçün həlledici rol oynayacaq. Həmin görüşlərə hazırlaşmaq üçün daha çox vaxtımız olacaq.

 

- Oyunçularınızdan razı qaldığınızı bildirdiniz. Bəs oyunçular bu dəqiqə nə hiss edirlər?
- Onlar da mənim kimi. Onlar da bilir ki, layiqli oynadılar. Ancaq xal əldə edə bilmədik. Azərbaycan xalqına bayram münasibəti ilə böyük bir xal vermək istəyərdik, təəssüf ki, alınmadı.

 

 

CEYHUN ƏLİYEV, Zaqreb
 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB