TOP 10

Millimiz Xorvatiyadan minimalhesablı məğlubiyyətlə ayrıldı

Futbol
Tarix: 2019-03-22 01:36

Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxacaq. Sport24.az xəbər verir ki, E qrupunda yer alan millimiz ilk turda Xorvatiya yığmasının qonağı olacaq. Zaqrebdəki "Maksimir" stadionunda təşkil olunacaq qarşılaşmanı bolqarıstanlı hakimlər idarə edəcək.


Xorvatiya millisi son dünya çempionatının gümüş mükafatçısı olsa da, UEFA Millətlər Liqasında Liqasında 4-cü qrupun qalibi ola bilməyib. Elə Azərbaycan yığması da D Liqasında 3-cü qrupu ikinci pillədə başa vurub. Bu səbəbdən, baş məşqçi Qurban Qurbanov istefaya göndərilib və onu xorvatiyalı Nikola Yurçeviç əvəzləyib.


Xorvatiya və Azərbaycan yığmaları cəmi 2 dəfə üz-üzə gəliblər. AÇ-2016-nın seçmə mərhələsinin ilk oyununda rəqib komanda Osiyekdə 6:0 hesablı qələbə qazanıb. Bakıdakı görüş isə qolsuz yekunlaşıb.


E qrupunun digər oyununda bu gün Slovakiya yığması Macarıstanı qəbul edəcək.


AÇ-2020-nin seçmə mərhələsi
E qrupu

21 mart


23:45. Xorvatiya - Azərbaycan 2:1 

QOL: Borna Barişiç, 44. Andre Kramariç, 79Ramil Şeydayev, 18
Hakimlər: Georgi Kabakov, Martin Marqaritov, Divan Valkov, Nikola Popov (hamısı Bolqarıstan).
Zaqreb, "Maksimir" stadionu.


Xorvatiya: 12. Lovre Kaliniç, 2. Yosip Brekalo, 3. Borna Barişiç, 4. İvan Perişiç, 5. Duye Çaleta-Tsar, 7. İvan Rakitiç, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 20. Bruno Petkoviç, 21. Domaqoy Vida.
Ehtiyat oyunçular: 1. Dominik Livakoviç, 23. Simon Sluqa, 6. Karlo Bartoleç, 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 14. Filip Bradariç, 15. Mario Paşaliç, 16. Antonio Miliç, 17. Marko Roq, 19. Milan Badel, 22. Marin Leovats.
Baş məşqçi: Zlatko Daliç.
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 10. Mahir Mədətov, 13. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 20. Riçard Almeyda, 11. Ramil Şeydayev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Namiq Ələsgərov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 18. Anton Krivotsyuk, 19. Əli Babayev, 21. Təmkin Xəlilzadə, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Nikola Yurçeviç.


23:45 Slovakiya - Macarıstan 2:0

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB