TOP 10

Millimizin yeni kapitanı kim olacaq?

Futbol
Tarix: 2019-03-18 15:01

Milli komandamızın Xorvatiya yığmasıyla rəsmi oyuna və Litva yığmasıyla yoldaşlıq görüşünə açıqladığı 23 nəfərlik siyahıda əsas kapitan Kamran Ağayev olmadı. Millinin heyətində ən yaşlı, təcrübəli futbolçu, oyun sayında lider olan 33 yaşlı qolkiper Rəşad Sadıqovun gedişindən sonra sarğını qoluna taxdı. Düzdür, Rəşad yığmadan rəsmən vidalaşanda yeni kapitan kimi Rahid Əmrquliyev təqdim olundu. Onda hələ baş məşqçi xorvatiyalı Robert Prosineçki idi. Düzdür, Qurban Qurbanov baş məşqçi postuna gələndən sonra debüt matçında - Moldova millisiylə Antalyadakı qolsuz bərabərliyə qaldığımız matçda "Qarabağ"da da rəhbərliyi altında çıxış edən Rahidi kapitan kimi əsas heyətdə meydana buraxdı. Ancaq sonradan Rahid milliyə çağırılmadı, ötən yay "Səbail"ə keçəndən sonra isə qayıtsa da, ehtiyatda qaldı.

 

Millimizin xorvatiyalı yeni baş məşqçisi Nikola Yurçeviç isə 33 yaşlı Əmirquliyevə dəvət göndərmədi. Kamranın da heyətdə olmamasıyla yeni kapitanın, martın 21-də Zaqrebdəki matçda sarğının kimə etibar olunacağı maraq doğurur. AFFA prezidenti Rövnəq Abdullayevin milli komandamızla görüşü zamanı Maksim Medvedev ayaq üstə qalxaraq futbolçular adından çıxış edərək fikirlərini bildirdi. Bu, məhz onun kapitan olacağına işarədi. Düzdü, əldə etdiyimiz məlumata görə, millidə yeni baş məşqçinin gəlişindən sonra komandada nə yeni kapitan seçilib, nə də vitse-kapitanlar. Ancaq Maksimin millinin hazırkı heyətində ən uzun müddət çıxış edən (artıq 10 ildi), oyun sayında rekordçu olan futbolçu kimi kapitan olmaq şansı yüksəkdi. Üstəlik, 30 yaşlı Medvedev klubunda da vitse-kapitandı - "Qarabağ"da Rəşad Sadıqovin yoxluğunda sarğını daşıyır. Maksimin yoxluğunda isə kapitan Qara Qarayev olur ki, o da hazırda millidədi. 

 

 

Millimizin hazirki heyətinin statikstik göstəriciləri:

 

futbolçu

oyun

Qol

Maksim Medvedev

54

3

Qara Qarayev

48

0

Bədavi Hüseynov

41

0

Dmitri Nazarov

37

8

Araz Abdullayev

31

3

Rüfət Dadaşov

20

4

Ramil Şeydayev

16

1

Namiq Ələsgərov

15

0

Riçard Almeyda

14

3

Səlahət Ağayev

14

-12

Mahir Mədətov

13

2

Təmkin Xəlilzadə

10

1

Emin Mahmudov

9

1

Eddi İsrafilov

8

0

Rahil Məmmədov

7

0

Mirabdulla Abbasov

2

0

Şəhriyar Rəhimov

1

0

     

Anton Krivotsyuk

0

0

Əli Babayev

0

0

Emil Balayev

0

0

Ömər Buludov

0

0

Şahrudin Məhəmmədliyev

0

0

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB