TOP 10

Essyen "Səbail"ə futbolçu axtarışında da kömək edəcək: "Bu klub əvvəl gördüklərimdən fərqlənir"

Futbol
Tarix: 2019-03-16 20:00

'Bakıda üç həftə əvvəl olmuşdum. Klub rəhbərliyi ilə yaxşı söhbətim oldu. Onlar mənə layihələri haqda bəhs etdilər. Bu haqda düşündüm, bəyəndim və bax, artıq burdayam". Sport24.az xəbər verir ki, bu fikirləri "Səbail"in yeni transferi Maykl Essyen müqavilə imzalanma mərasimindən sonra bildirib.

 

"Çelsi"nin heyətində Çempionlar Liqasının qalibi olan 36 yaşlı qanalı yarımmüdafiəçi təəssüratlarını bölüşüb: "Bu, əvvəl gördüklərimdən fərqlənir. Maraqlı və cəlbedci görünür. Buna görə burda olmaqdan xoşbəxtəm".

 

Maykl karyerasında 8-ci klub olan "Səbail"lə 2020-ci ilin mayınadək müqavilə imzalayıb. Onun klubun məşqçilər korpusuna 19 yaşadək futbolçuların axtarışında kömək edəcəyi də bildirilir.

 

Qeyd edək ki, Essyen futbolçu kimi çıxış etdiyi İndoneziyada 2018-ci ilin martında çıxışını bitirdikdən sonra "Çelsi"də U-19 komandasında məşqçi kimi çalışıb. 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB