TOP 10

Nikolay Adam Etibar İbrahimovu Almaniyaya dəvət etdi

Futbol
Tarix: 2019-03-16 12:36

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov Birinci Divizionda yaranan fasilə müddətindən yararlanaraq Almaniyaya yollanacaq. Sport24.az xəbər verir ki, çalışdırıcının Mərkəzi Avropa ölkəsinə səfəri işgüzar xarakter daşıyacaq. Belə ki, İbrahimov Almaniyaya vaxtilə ölkəmizdə və Hindistanda birgə işlədiyi, hazırda isə Frankfurt “Ayntraxt”ında beynəlxalq əlaqələr üzrə menecer olan Nikolay Adamın dəvəti ilə reallaşacaq.


Məşqçi Almaniyada olduğu müddətdə klubun düşərgəsinə baş çəkərək müasir futbolda tətbiq olunan yeniliklərlə tanış olub bilgilər əldə etməyə çalışacaq. Gənc mütəxəssisin Frankfurt təmsilçisinin baş məşqçisi Adi Xyutterlə görüşü planlaşdırılıb. Əsas komandanın məşqlərini izləyəcək İbrahimov klubun akademiyasının fəaliyyəti də ilə maraqlanacaq. O, həmçinin, Bundesliqanın 26-cı turu çərçivəsində keçiriləcək “Ayntraxt” – “Nürnberq” matçını stadiondan izləyəcək.


Xatırladaq ki, İbrahimovun Almaniyaya səfəri ilk deyil. O, bir neçə dəfə bu ölkədə ixtisasartırma kurslarında olub.

19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB