TOP 10

Millimiz bu gün bir araya gəlir: Şeydayev artıq burdadı, digər 4 legioner isə...

Futbol
Tarix: 2019-03-16 11:00

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsində ilk oyunu olan Xorvatiya yığmasıyla səfər matçına hazırlıqla əlaqədar bu gün bir araya gəlir. Millinin baş meneceri Zaur Hacı-Məhərrəmovun Sport24.az-a verdiyi məlumata görə, millimiz xorvatiyalı yeni baş məşqçisi Nikola Yurçeviçin rəhbərliyi altıında günün ilk yarısında yığışacaq. 

 

O, ölkədən kənarda çıxış edən milli futboçularımızın səfər proqramı haqda da məlumat verib. "Ramil Şeydayev artıq burdadı. Emil Balayev sabah səhər milinin düşərgəsində olacaq. Digər 3 legionerimiz - Almaniyada çıxış edən Rüfət Dadaşovla Dmitri Nazarov, habelə İspaniyadan Eddi İsrafilov sabah axşam Bakıda olacaqlar. Premyer Liqamızda çıxış edə futbolçular bu gündən hazırlıqda iştirak edəcəklər. Bu gün milliylə AFFA rəhbərliyinin görüşü olacaq. Yığma komandamız istirahətdən sonra isə axşam məşqinə çıxacaq".

 

Millimiz məskunlaşdığı Mərdəkan qəsəbəsində, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində martın 19-dək qalacaq. Həmin gün nahardan sonra Zaqrebə yollanacaq millimiz Xorvatiya yığması ilə oyundan dərhal sonra Bakıya qayıdacaq və martın 25-də “Bakcell Arena”da Litva yığması ilə keçirəcəyi oyunun hazırlığına başlanacaq.

 

Qeyd edək ki, 22 yaşlı Şeydayev cari mövsümdən çıxış etdiyi "Krılya Sovetov"da Rusiya Premyer Liqasına ardcıl 3-cü tur qolunu dünən - ad günündə vurub. 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB