TOP 10

Bu gün Böyükağa Hacıyevin vəfatından 1 il ötür...

Futbol
Tarix: 2019-03-16 09:34

Bu gün Azərbaycanın əməkdar məşqçisi Böyükağa Hacıyevin vəfatının ildönümüdü. Sport24.az xəbər verir ki, "Neftçi"nin sabiq baş məşqçisinin dünyasını dəyişməsindən 1 il ötür. 

 

Hacıyev 1958-ci ilin aprelin 20-də Naxçıvanda anadan olub. Məşqçilik karyerasına 1999-cu ildə Naxçıvanın "Araz Naxçıvan" klubunda başlayıb. Lakin komanda maliyyə çətinliklərinə görə bir ildən sonra fəaliyyətini dayandırıb. Bundan sonra  Hacıyev Təbrizin "Maşınsazi" klubunda baş məşqçinin köməkçisi kimi işləyir. Bir müddət sonra baş məşqçi istefa verir və onuna postu Hacıyevə həvalə olunur. 2004/05 mövsümündə Təbrizin digər klubu "Traktorsazi"də baş məşqçi işləyir. İranda böyük iş təcrübəsi qazanan Hacıyev 2005-ci ildə Azərbaycan millisində Vaqif Sadıqovun köməkçisi olaraq çalışır. 2006-cı ildə çempionatın sonuna 8 tur qalmış "Bakı"nın baş məşqçi postuna keçərək ilk çempionluğunu bu klubla qazanıb. 

 

Onun karyerasında ən uğursuz il 2009/10 mövsümünə təsadüf edib. Belə ki, Hacıyevin çalışdırdığı, həmim vaxt Sumqayıtı təmsl edən "Standard" autsayder kimi elita ilə vidalaşır.

 

2011-ci ildə "Neftçi" prezidenti Sadıq Sadıqov Böyükağa Hacıyevi klubunun baş məşqçisi təyin edir.  Elə həmin il onun komandası çempionluğu bayram edir. Bununla da "Neftçi" ardıcıl 2-ci, ümumilikdə isə 7-ci çempionluğunu qazanır. Həmin il uğur üstə uğur gəlir. Belə ki, "Neftçi" Avropa Liqanın qrup mərhələsində çıxış edərək Azərbaycan futbolunda tarix yazır.

 

Məhz həmin Hacıyevin səhhətində ciddi problem yaranır. Beyin xərçəngindən əziyyət çəkən təcrübəli mütəxəssis Moskva şəhərində əməliyyat keçirir. 2018-ci ildə Hacıyevin yenidən səhhəti pisləşir. 6 il əvvəlki həmin ağır əməliyyatın da təsiri ilə onun ürəyində problem yaranır və xəstəxanaya yerləşdirilir. İnsult, daha sonra infarkt keçirən da tanınmış mütəxəssis əməliyyat olunaraq ürəyinə iki stend qoyulur. 

 

Və 2018-ci il martın 16-da, 60 illik yubileyinə 35 gün qalmış Böyükağa Hacıyev vəfat edir. O, Keşlə qəbiristanlığında dəfn olunub.

 

Bu gün onun ailəsi, qohumları, yaxınları, dostları, futbol ictimaiyyətinin nümayəndələri ildönümü mərasimi üçün bir araya toplaşacaq. SOCAR-ın mərasim salonunda keçiriləcək ildönümü mərasimi saat 11:00-da başlanacaq və ilk olaraq onun qəbri ziyarət ediləcək. 

 

Böyükağa Hacıyevin oğlu Yusif Hacıyevin verdiyi məlumata görə, SOCAR-ın mərasim salonunda keçiriləcək ildönümü mərasimi saat 11:00-da başlanacaq və ilk olaraq onun qəbri ziyarət ediləcək. 

 

Futzalda da işləmiş Hacıyev Naxçıvan "Araz"ınn baş məşqçisi olub. 

 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB