TOP 10

“Sevilya” baş məşqçisini qovdu

Dünya Futbolu
Tarix: 2019-03-16 12:05

İspaniyanın “Sevilya” klubu baş məşqçisi Pablo Maçinlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.


43 yaşlı ispaniyalı mütəxəssisin istefasına son dövrlərdəki uğursuz nəticələr səbəb olub. Klubun yaydığı açıqlamada komandanı mövsümün sonuna kimi Xoakin Kaparrosun çalışdıracağı da qeyd olunub.


“Sevilya” La Liqa çərçivəsində keçirdiyi son 6 oyunda cəmi 4 xal qazana bilib. Komandanın Avropa Liqasının 1/8 finalında Çexiya “Slaviya”sına məğlubiyyəti və mübarizəni dayandırması isə Maçinin istefasını labüd edib.

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB