TOP 10

Təbriz klubuna səfərdə 1 qol bəs etdi

Dünya Futbolu
Tarix: 2019-03-16 11:37

Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Maşinsazi” də növbəti matçına çıxıb.


Təbriz klubu səfərdə “Pars Jonoubi Jam” ilə qarşılaşıb və meydanı qələbə ilə tərk edib - 1:0.


Xatırladaq ki, bir gün əvvəl Təbrizin daha məşhur “Traktorsazi” klubu da Xorasan “Padideh”ini eyni hesabla üstələmişdi.


Hazırda “Traktorsazi” 16 iştirakçı arasında 43 xalla 1-ci pillədə qərarlaşıb. “Maşinsazi” isə 25 xalla 9-cudu.

19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB