TOP 10

Emin Mahmudov Səlahət Ağayevin müdafiəsinə qalxdı: "Hər oyun onların məğlub olmağını gözləməyəcəyik ki…"

Futbol
Tarix: 2019-03-16 10:48

"Neftçi"nin kapitanı Emin Mahmudov evdə "Qəbələ"yə 1:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXI tur matçından sonra müsahibə verib. Sport24.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Nəticədən məmnun qalmadıq. Çünki qələbə qazanmaq istəyirdik. Bunun üçün əlimizdən gələni etdik, şanslarımız da var idi. Amcaq sanki bizdə onuncu zərbə çatmırdı . “Qəbələ”nin isə bir şansı oldu, onda da qol vurdu.


- Sanki “Qarabağ”ın qələbə qazanmasından sonra üzərinizdə bir təzyiq var idi…
- Xeyr. Rəqiblərimizin oyunları haqqında düşünmürük. Qarşıda 7 tur qalıb, hər oyun onların məğlub olmağını gözləməyəcəyik ki… Öz matçlarımıza baxmalıyıq.

 

- Xalların bərabərləşməsi işinizi daha da çətinləşdirdi?
- 2 xal fərqlə eyni xala malik olmaq arasında ciddi fərq yoxdu. Ona görə ki, hər iki halda bir məğlubiyyətlə geri düşə bilərsən. Bu üzdən xal vəziyyətdindən asılı olmayaraq, bütün oyunlara qələbə üçün çıxmaq lazımdı.

 

- Milli oyunlar ilə əlaqədar fasilə sizə necə təsir edəcək?
- İnanırıq ki, yaxşı təsir edər. Bir az dincələrik. Millidə olan oyunçulardan başqa digərləri özlərinə gələrlər bir az. Son 6-7 oyun çox çətin keçdi.

 

- Səlahət Ağayev bu gün gözlənilməz səhvə yol verdi. Milli komandanın "1 nömrə"li qapıçısının belə səhv etməsi sizə necə təsir etdi?
- Bir səhvə görə Səlahət kimi qapıçını silmək olmaz. Hazırda turnir cədvəlinin zirvəsindəyiksə, bunda ən çox onun əməyi var. Hər oyun ən az 2-3 dəfə komandanı real qoldan xilas edir.

 

- Azarkeşlə arasında olan hadisə nəydi? Fanatlar ona nə dedi?
- Deyəsən, Səlahətin etdikləri azakeşlərin də yadından çıxıb. Belə şeyləri heç cür başa düşə bilmirəm. Həmişə komandanı xilas etmiş adamın bir oyuna görə bu qədər üstünə getmək olmaz. Sadəcə, müdafiəçi ilə bir-birlərini düzgün anlaya bilmədilər.

 

- Qarşıda milli komandanın Xorvatiya ilə çətin matçı var. Nə gözləyirsiniz?
- Milliyə həmişə inanmaq lazımdı. Demirəm ki, gedib udub gələcəyik, amma əlimizdən gələni edəcəyik.

 

19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB