TOP 10

Almeydadan Mədətov üçün Koutinyo nümunəsi: "Esyen kimi futbolçuların Azərbaycana gəlməsi çempionat üçün yaxşı reklam olar"

Futbol
Tarix: 2019-03-16 10:00

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Premyer Liqanın XXI turunda “Səbail”i 2:1 hesabı ilə məğlub etdikləri səfər oyunundan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, milliləşdirilmiş braziliyalı futbolçu əvvəlcə qələbəni şərh edib.

 

- Çətin oyun olmasıyla razıyam. Ümumiyyətlə, çempionatda asan oyun yoxdu. Bu oyyunda əsas komandanın əzmkarlığını qeyd edərdim. Əvvəlki formamızı bərpa etməyə başlayırıq. Bir məqsədimiz var ki, bu da ütün oyunlarda qələbə qazanmaq. "Səbail"lə matça gəlincə, ilk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. İkinci hissədə daha çox qol imkanımız oldu. Xarakter göstərdik. Xal itirə bilməzdik. Qazandığımız 3 xala görə sevincliyik.

 

- Artıq sona 1 dövrə qalıb. Ümidiniz varmı ki, mövsümün sonunda “Neftçi”ni qabaqlaya biləcəksiniz?

- Əlbəttə, bu, futboldu, hər şey ola bilər. Həm “Neftçi”, həm də “Qarabağ” yaxşı komandadı. Bu gün onlar bizdən öndədi. Bu da normal haldır.

 

- Bu mövsüm “Qarabağ” “Səbail”, “Zirə” kimi komandalarla oyunlarda çox əziyyət çəkir. Bu, nə ilə bağlıdı?

- Komandalar çox artırıblar, heyətlərinə yaxşı futbolçular qatıblar. Ona görə oyunlar çətin keçir. Nəzərə alaq ki, ardıcıl 5 il çempion olmuşuq. Bu səbəbdən bütün komandalar bizi məğlub etmək istəyir.

 

- Mahir Mədətovun bu qədər qol fürsətini boşa verməsini necə şərh edərdin?

- Hər bir futbolçunun çətin dövrləri olur. Mahirə dəstək olmaq lazımdı. O, öz üzərində işləyən futbolçudu. Həmişə məşqdən sonra qalıb, çalışır. Dəstək çox önəmlidi. Məsələn, Koutinyonu götürək, neçə oyun idi qol vurmurdu. Azarkeşlər ona dəstək oldu. Səhv etmirəmsə, son oyunda qol da vurdu. Əsas odur ki, komanda yoldaşlarının dəstəyini hiss etsin.

 

- “Səbail” dünyaca tanınmış futbolçu Maykl Esyeni heyətinə qatır. Bu gün oyunu da tribunadan izlədi. Buna münasibətin maraqlı olardı...

- Esyen kimi futbolçuların Azərbaycana gəlməsi çempionat üçün yaxşı reklam olar, Premyer Liqanın səviyyəsini qaldırar. Onun oyunlarını çox izləmişəm. Dəyər verdiyim futbolçulardan biridi. Çempionlar Liqasının qalibi olub. Bizim üçün də xoşdur ki, belə bir futbolçu Azərbaycana gəlib.

 

- Qarşıda milli komandanın oyunları var. Xorvatiya ilə səfər matçından nə gözləmək olar?

- Yeni baş məşqçinin başçılığı altında məşqə çıxacağıq, onun yun fəlsəfəsini biləcəyik. Əlbəttə ki, Xorvatiya çox güclü rəqibdi, dünya çempionatının finalçısıdı. Amma gələcəyi görmək olmur. Biz də çalışacağıq ki, səfərdə yaxşı nəticə qazanaq. 

 

19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB