TOP 10

Rauf Əliyev Yurçeviçin qərarını anlayışla qarşılayır: "Nə “Neftçi”yə kömək etmək fikrimiz var, nə də “Qarabağ”a"

Futbol
Tarix: 2019-03-16 00:00

“Neftçi” çempionluğa oynayan komanda olduğundaqn ondan 1 xal almaq bizim üçün yaxşı nəticədi. Artıq “Səbail”ə yaxınlaşırıq. 2 xal fərqimiz var. Bu səbəbdən nəticə bizim üçün normaldı”. Sport24.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Rauf Əliyev Premyer Liqanın XXI turunda "Neftçi" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

 

O, oyunun sonlarında komandasının yorulduğunu daha çox əks-hücumlara çıxdıqlarını söyləyib: "Çox qaçırdıq, mübarizə aparırdıq. Ona görə son dəqiqələrdə komandamızda yorğunluq hiss olundu. Bəlkə, matçın sonlarında daha dəqiq oynasaydıq, əks-hücumlarda “Neftçi”ni yaxalaya bilərdik. Nəticə ədalətlidi”.

 

30 yaşlı hücumçu əsas məqsədlərinin “Səbail”i keçmək olduğunu bildirib: “Bu gün nə “Neftçi”yə kömək etmək fikrimiz var, nə də “Qarabağ”a. Heç kim başqa məqsəd üçün meydana çıxmır. Bu gün də meydana çıxıb, xalımızı aldıq. Əsas fikrimiz “Səbail”ə yaxınlaşmaq, onları keçməkdi”.

 

Əliyev milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin yığmaya “Qəbələ”dən futbolçu dəvət etməməsinə də münasibət bildirib: “Milliyə çağırılmaq mövzusu elə bir şeydir ki, heç kim bir söz deyə bilmir. Baş məşqçi belə qərar verib, çağırmayıb. Heç kim dəqiq bilməz ki, nəyə görə çağırmayıb. Yəqin ki, komandamızdan heç kim onu qane etməyib. Komandamızda milli səviyyəsində çox futbolçu var. Ümid edirəm ki, gələcəkdə yenidən millidə olacaqlar".

19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB