TOP 10

Mbodj Azərbaycana qol vurmaq üçün gəlməyib: "Bunu nəinki öz oyunlarımızda, “Qarabağ”ın matçlarında da görürük"

Futbol
Tarix: 2019-03-15 23:52

“Bu oyunda qələbə qazanmaq istəyirdik. Təbii ki, 1 xal qazandığımız üçün xoşbəxt deyilik. Bu nəticə bizi qane etmir". Sport24.az xəbər verir ki, bu sözləri "Neftçi”nin futbolçusu Mamadu Mbodj Premyer Liqanın XXI turunda evdə "Qəbələ" ilə bərabərə qaldıqları oyundan (1:1) sonra jurnalistlərə açıqlamasında deyib.

 

O, qələbə üçün əllərindən gələni etdiklərini bildirib: "Ancaq hər şey Tanrının əlindədir və o istədi ki, bu gün heç-heçə olsun. Oyundakı səhvlərimizdən nəticə çıxarmalıyıq”.

 

Mbodj qol vurduğu üçün sevincli olduğunu söyləyib: "İkinci məsələ isə vurduğum qolla komandama kömək etdim. Bu qol bizə qələbə gətirsəydi, daha çox sevinərdim. Litvada oynayanda ilk mövsümümdə 6 qol vurmuşdum. Amma təbii ki, bura qol vurmaq üçün gəlməmişəm. Azərbaycanda əsas məqsədim müdafiədə komandama kömək etməkdi”.

 

Mamadu "Neftçi"yə tez adaptasiya olmağına da toxunub: “Qışda gəlməyimə baxmayaraq, komandaya adaptasiya olmağım heç də çətin olmadı. Çünki bütün komanda, məşqçi, inzibati heyət hər şeyi edirdi ki, tez bir zamanda bura uyğunlaşım və bu da öz nəticəsini göstərdi”.

 

26 yaşlı müdafiəçi çempionatda güclü rəqabət olduğunu bildirib: “Son oyunlardakı nəticələr onu göstərir ki, Azərbaycan Premyer Liqası kifayət qədər güclü turnirdi və hər bir klub yaxşı mübarizə aparır. Bütün komandalar bir-birindən xal almağa qadirdir. Bunu nəinki öz oyunlarımızda, “Qarabağ”ın matçlarında da görürük”.

 

 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB