TOP 10

Şeydayevdən Rusiyada növbəti qol - VİDEO

Dünya Futbolu
Tarix: 2019-03-15 23:13

Futbol üzrə Rusiya Premyer Liqasında 20-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” da növbəti matçına çıxıb.


Sözügedən komanda səfərdə “Anji” ilə üz-üzə gəlib. Ramilin komandası bu görüşdən qələbə ilə ayrılıb - 2:0.


Şeydayev də bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb. Komandasının sonuncu qolunu da Ramil vurub. Millimizin üzvü 88-ci dəqiqədə penaltidən fərqlənib. Bu, Şeydayevin Rusiya Premyer Liqasında ardıcıl 3-cü qoludu.


Samara təmsilçisinin heyətində digər azərbaycanlı futbolçu Aleksandr Səmədov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.


Hazırda “Krılya Sovetov” 24 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb.


19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB