TOP 10

Bordin oyundan razı qaldı, bəxtdən gileyləndi: "Deməzdim ki, "Qarabağ"ın bizə çatması daxili ab-havaya pis təsir edər"

Futbol
Tarix: 2019-03-15 21:30

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Premyer Liqanın XXI turunda "Qəbələ"ylə evdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə matç haqda fikirlərini bildirib. 

 

- Bu gün bizə lazım olan nəticə olmadı. "Qarabağ"la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlüəli vəziyyətimiz oldu, ancaq bunu qola çevilə bilmədik. İkinci hissədə qol istəyimizə çatdıq. Qol buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün 1 xalla kifayətlənsək də, bununla futbol bitmir.

 

- Motivasiya bu gün çox yaxşı idi. Bəs, qələbə üçün nə çatmadı?

- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.

 

- Canluka Sansone-Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni iki hücumçu ilə oynaya bilərdiniz...

- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum. 

 

- Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə asan qollar buraxırsınız, vacib xallar itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?

- Futbolda belə anlaşımazlıq olur. Bilsəydim ki, bu, səhvdi, üzərində işləyərəm. Bu, ani olan epizodu. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.

 

- Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa..?

- O, səhv deyil, futbolçularımız arasında anlaşılmaz oldu. Hər iki yüzdəyüz əmin olaraq belə düşüncə ilə getməli idi ki, topu götürəcək. 

 

- "Qarabağ"la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?

- Xalların bərabər olması hər iki komandanın ziyanınadı. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi "Qarabağ"la xallarımız bərabər olsa da, 1-ci yerdə yenə bizik.  

 

 

MEHMAN SÜLEYMANOV

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB