TOP 10

Qurbanov "Neftçi"dən xal almalarını xarakterlə əlaqələndirdi: "Bütün futbolçularımı milliyə layiqli görürəm"

Futbol
Tarix: 2019-03-15 21:21

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXI turunda "Neftçi"ylə səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis öncə qarşılaşmanı dəyərləndirib.

 

- Aydın məsələdi ki, gərgin, mübarizəli oyun gözləyirdik. Çünki "Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. Çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq. Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşmaları mənim üçün daha çox sevindiricidi. Onları bu xal münasibətilə təbrik edirəm. 

 

- Çempionatda, yoxsa kubokda daha çox güc qoymaq fikrindəsiniz?

- Hər iki turnirdə mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün "Səbail"lə matçdan sonra hazırlıq vaxtı azdı. Düzgün bərpa olundular. 

 

- Elvin Camalovun əvəzlənməsi nəylə bağlı idi?

- Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha ağır zədəsi olar. Elvin əsas heyət üzvlərimizdəndi, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı. 

 

- Milliyə "Qəbələ"dən heç bir futbolçunun çağırılmaması sizi təəccübləndirdi?

- Əlbəttə, bizi də təccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyuna uyğun modelə çağırdığı futbolçuları üstün tutub. Bütün futbolçularımı miliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Rauf Əliyev də sübut etdi ki, milliyə layiqlidi. İnanıram ki, futbolçularımız gələn oyunlara dəvət alacaq.

 

- Vojislav Stankoviçin zədəsi nə yerdədi?

- Artıq fərdi məşqlərə başlayıb. Bu fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacaq.

 

 

MEHMAN SÜLEYMANOV 

 

 

 

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB