TOP 10

Aqolli "Qarabağ"da qazandığı ən yaddaqalan uğuru açıqladı: "Qarabağ həqiqətlərini Amerikadakı insanlara da çatdıracam"

Futbol
Tarix: 2019-03-15 20:35

"Qarabağ”da son oyununu keçirən albaniyalı legioner Ansi Aqolli Premyer Liqanın XXI turunun “Səbail”lə oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, meydana çıxmayan 37 yaşlı müdafiəçi əvvəlcə təəssüratlarını bölüşüb.

 

- Qələbə hər zaman xoşdu. Amma xüsusilə bu məqamda “Qarabağ”dan qələbə ilə ayrılmaq ikiqat sevindiricidi. Bugünkü 3 xal mənə daha yaxşı əhval-ruhiyyə verdi.

 

- Bu gün oynamadığı üçün üzülmədin?

- Xeyr. 317 dəfə “Qarabağ”ın forması ilə meydanda olmuşam. Bu, mənim üçün hər şey deməkdi.

 

- Təkcə ailənə görə “Qarabağ”dan ayrılırdın, yoxsa başqa səbəb də var?

- Təbii ki, ailə amili böyük rol oynayır. Onlar ABŞ-da yaşadıqlarına həyatımla bağlı düzgün qərarlar qəbul etməliyəm. Bu baxımdan, doğru addım atdığımı düşünürəm. Bir gün elə, bir gün belə. İstənilən halda, həyat davam edir. İstəməsən belə, hərdən bəzi şeyləri etmək məcburiyyətində qalırsan. Nəyinsə başlanğıcı olduğu kimi, sonu da olmalıdır.

 

- Ümidin varmı ki, nə vaxtsa yenidən “Qarabağ”a qayıdacaqsan?

- “Qarabağ” düzgün yoldadı, ona nanıram. Bu il də çempion olmalarını istəyirəm. “Qarabağ” fərdlərdən ibarət deyil, bir sistemdi. Bunu baş məşqço Qurban Qurbanov formalaşdırıb. Bu, gələcəyə hesablanmış bir sistemdi.

 

- Səncə, “Qarabağ”da nə qazandın?

- Ən yadda qalanı 2014-cü ildə qazandığımız çempionluqdu. Bu komandada insanların sevgisini qazandım.

 

- Bundan sonra səni “Qarabağ”ın ABŞ-dakı səfiri, nümayəndəsi adlandıra bilərik?

- Niyə də olmasın?!

 

- Qarabağ həqiqətlərini orada da insanlara çatdırmağı düşünürsünüzmü?

- Əlbəttə.

     
19 Mart 2019
18 Mart 2019
B.eÇ.aÇC.aCŞB