TOP 10

Esyenin "Səbail"dən xüsusi tələbi yoxdu: "Azərbaycan çempionatında oynaya bilərəm"

Futbol
Tarix: 2019-03-15 20:10

“Səbail”lə müqavilə imzalamaq üçün Bakıya gələn Maykl Esyen Premyer Liqasının XXI turunda keçirilən “Səbail” – “Qarabağ” matçını (1:2) tribunadan izləyib.  37 yaşlı qanalı yarımmüdafiəçi qarşılaşmadan sonra brifinq keçirib
 
 

- Sizi artıq “Səbail”in futbolçusu hesab etmək olar?

- Dəqiq məlumatı “Səbail” in əhbərliyi ilə görüşümdən sonra alacaqsınız.
 
 

- Böyük klublarda dolu tribunalar önündə oynamısınız. Azərbaycan çempionatı və bu matçla bağlı fikirləriniz necədir?

- Çox yaxşı oyun idi. “Səbail” uduzmasına baxmayaraq. Bu nəticə “Qarabağ”ın təcrübəli olması ilə əlaqəlidir.
 
 

- Çempionlar Liqasının qalibi olmusunuz və böyük komandalarda çıxış etmisiniz. Maraqlıdır, “Səbail”in təklifində sizi nə cəlb etdi?

- Çempionlar Liqasında qalib olduğum günlər keçmişdə qalıb. Bunu unutmaq lazımdı. Futbolçuyam və oynamaq istəyirəm. Bakıya gəlişimdə “Səbail”in icraçı direktoru Ramil Həsənov klubun gələcək planlarından danışmışdıq. Bu da məni cəlb edib. Futbolçu kimi yeni çağırışdı.
 
- Fürsətiniz olsaydın, hansı futbolçunu Azərbaycana gətirə bilərsiniz?

- Bunu düşünmürəm.
 
 

- İndoneziya klubundan ayrıldıqdan sonra sizə təklif olmamışdı?

- 2017-ci ildə İndoneziyadan ayrıldıqdan sonra bir neçə təklif olmuşdu. Əsas təkliflər Avstraliya çempionatından idi. Ancaq ora çox uzaq olduğu üçün rədd etmişdim. Qısa fasilə götürmüşdüm. “Çelsi”də U-19 komandasında məşqçi kimi çalışırdım.
 
 

- Oyunun sürətini gördünüz. Bu yaşda sizə problem olmayacaq?

- Həyatımda çox futbol görmüşəm, bundan da sürətli oyunlara şahidlik etmişəm. Fikrimcə, Azərbaycan çempionatında oynaya bilərəm.
 
 

- Gəlişiniz “Səbail” və Azərbaycan futbolu üçün böyük reklamdı. Bu barədə düşüncələriniz maraqlıdı...

- Əslində, bunu düşünmürəm. Futbolçuyam və oynamaq istəyirəm. “Səbail”in planları məni cəlb etdiyindən bura gəldim. Reklamı və digər şeyləri düşünmürəm.
 
 

- “Səbail”ə uyğunlaşmağa nə qədər zaman lazım olacaq?

- Buna vaxt lazım deyil.
 
 

- Futbolçu kimi əsas tələbiniz nədir?

- Xüsusi tələbim yoxdu. Gənc futbolçularala təcrübəmi bölüşə bilirəmsə, əsas olan budu.

 
22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB