TOP 10

“Neftçi”dən qələbə, “Yasamal” “zirzəmi”dən qurtuldu

Futbol
Tarix: 2019-03-15 19:36

Bu gün futzal üzrə Yüksək Liqada 22-ci turun iki oyunu keçirilib. Sport24.az xəbər verir ki, bu dəfə turnir cədvəlinin qonşu pillələrində yer alan komandalar üz-üzə gəlib. 


“Neftçi” – “Xəzər Cənub” dueli daha maraqlı alınıb. Komandalar arasında 1 xallıq fərqin olması da matça marağı artıran məqamlardan idi. Oyunda hesabı “Neftçi” açıb. “Neftçi”nin iranlı legioneri adını tabloya yazdırıb. Kifayət qədər sərt keçən duelin fasiləsinə qədər “Xəzər Cənub” məğlubiyyətdən qaçmağı bacarıb. Lənkəran təmsilçisi hətta hesabı lehinə də dəyişib. Düzdü, “Neftçi” status-kvonu bərpa etməyə imkan tapıb, amma təcrübəli Qalapur “sülh”ü erkən pozub. Borisov isə az sonra 10 metrlik zərbəni dirəyə tuşlayıb. Paytaxt təmsilçisinin imdadına Şəfayi yetişib. Onun zərbəsi Raşidi üçün qarşısıalınmaz olub. Balakişiyev isə son dəqiqədə 10 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib. Nəticədə komandalar fasiləyə “sülh”lə yollanıb. İkinci hissədə het-trik edən Balakişiyev komandasını bir qədər gərginlikdən çıxarıb. Sonrakı dəqiqələrdə nominal qonaqlar qapıçını da hücuma qoşsa da, məlubiyyətdən qaça bilməyib. 


Günün ikinci oyununda isə “Yasamal” İSK qələbə qazanıb və son pilləni “Liman”a təhvil verib. 


Tura martın 25-də keçiriləcək “Araz” – “Yasamal” MFK Baku oyunu ilə yekun vurulacaq.
 

Yüksək Liqa
22-ci tur

15 mart


Neftçi İK – Xəzər Cənub (Lənkəran) 8:6
Qollar: V. Şəfayi, 01:42, 16:50, 25:17, V. Borisov, 14:29, R. Balakişiyev, 22:01, 22:23, 23:45, R. Fərəczadə, 34:36  // Ş. Şahnaz, 12:02, A. Şocayi, 12:54, R. Qalapur, 15:18, 35:38, İ. Surqalı, 39:28, 39:34.
Hakimlər: Azər Əsgərov, Anar Fərəcov, Fuad Həsənov.
Olimpik Star. Saat 14:30.


Liman – Yasamal İSK 6:11
Qollar: E. Əliyev, 20:46, 35:41, E. Mirzəyev, 23:30, 38:09, M. Əhmədzadə, 27:50, 39:23  //  İ. Məmmədov, 06:44, N. Mahmudov, 07:55, 23:27, M. Orucov, 17:35, 21:21, M. Eyniyev, 19:15, A. Əlimirzəyev, 30:19, 32:02, V. Səfərov, 36:23, 37:09, D. Bagheri, 37:32.
Hakimlər: Azad Hüseynov, Ramiz Məhərrəmov, Vüsal Balaşov.
Olimpik Star. Saat 16:30.


25 mart


Araz – Yasamal MFK Baku
Hakimlər: Mehman Mahmudov, Ramil Namazov, Vüsal Balaşov.
Olimpik Star. Saat 19:00.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB