TOP 10

Samir Abasov: “Penaltini başqasına tapşırsaydım, bu, ona zərbə olardı”

Futbol
Tarix: 2019-03-15 18:39

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib. Sport24.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:


“Oyunun əvvəlində bir qədər həyəcan var idi. Matçın necə başa çatacağını bilmirdik. Həddən artıq həyəcanlı idik. “Keşlə” də bizim kimi turnir cədvəlinin sonuncu pillələrində qərarlaşmasına baxmayaraq, çətin rəqibdi. Bu komanda ilə bəzi oyunlarımız alınmır. Millilərin oyunlarına görə, yaranan fasiləyə yaxşı əhval-ruhiyyədə çıxırıq. Uduzmadıq, uğurlu seriyanı davam etdirdik. Deyə bilmərəm ki, fasilənin bizə hansısa xeyri və ya ziyanı olacaq. Amma inanırıq ki, bu fasilədən yaxşı yararlanacağıq”.


Abasov ikinci hissədə Xulio Sezar Rodrigesin ardıcıl iki penalti zərbəsini qaçırmasına da münasibət bildirib. O, bunu psixoloji gərginliklə əlaqələndirib: "İlk zərbəni qaçırdıqdan sonra penaltini başqa oyunçuya vermək Sezara “zərbə” olardı. Kənardan qışqırsan ki, sən vurma, başqa oyunçu yerinə yetirsin, bu, ona pis təsir edə bilərdi. Əcnəbidir, dilini də başa düşmürsən. Həmin an uzun-uzadı mübahisəyə də səbəb ola bilərdi. Penaltini qola çevirmədiyinə görə yox, ümumilikdə oyun məni həyəcanlandırdı. Bizdə çox şey alınmırdı. Bəzi futbolçularımız həddən artıq ağır görünürdü. Buna görə məyus idim. Sevindiricidir ki, oyundan qələbə ilə ayrıldıq".

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB