TOP 10

Əhmədov Deviçin hərəkətini düzgün saymır: "Bəlkə oyuna 10 nəfərlə çıxaq, onda daha maraqlı olsun"

Futbol
Tarix: 2019-03-15 18:18

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının XXI turunda "Sumqayt!la evdə 1:1 hesablı heç-heçə etdikləri görüşdən sonra mətbuat konfransı keçirb. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matçı dəyərləndirib.

 

- Maraqlı oyun keçdi. Qol vəziyyətlərindən istifadə edə bilmədik. Marko Deviçun qırmızı vərəqə alması bizi çətin vəziyyətdə qoydu. Futbolçular da fasilədə dedilər ki, oyunu uduzmayacağıq, xarakter göstərdilər.  İkinci hissəyə çıxaraq 10 nəfərlə 1 xal qazandıq. Oyunu əvvəldən soruşsaydınız, deyərdik ki, heç-heçə bizə sərf etməz. Ancaq bu gün 1 xal qazandığımızı deyə bilərik. Artıq neçəndi dəfədi azlıqda qalırıq. Futbolçulara da dedim ki, belə olanda daha yaxşı oynayırıq. Bəlkə 10 nəfərlə çıxaq, onda daha maraqlı olsun.

 

- Deviç 2-ci dəfədi eyni vəziyyətdə meydandan qovulur. Həmişə deyirsiniz ki, o, peşəkardı. Deviçin belə rəftarı nə dərəcədə düzgündü?

-  Kim olursa olsun, bu gün futbolçularda istək çox idi. Ola bilər ki, Markonun bu hərəkəti böyük istəkdən irəli gəlirdi. Yaxşı məşq keçmişdik. Futbolçular qələbə üçün alışıb yanışırdlar. Futbolçuda peşəkarlıq nə qədər olsa da, bu hərəkət düzgün deyil. Komanda daxilində söhbət olacaq. Markoyla ayrılqıda söhbət olacaq.

 

- Bu gün oyunun qəhrəmanı Rəşad Eyubov oldu?

- Deməzdim ki, təkcə Rəşad oldu. Yalnız qol vurmağa görə götürməyək.

 

- Təkcə qolu yox, 90 dəqiqə oyununu nəzərdə tuturuq...

- Bu gün bütün komanda vuruşdu. Bir neçə futbolçu ən yaxşı oyunlarını keçirdi. Hamılıqla əziyyət çəkərək 1 xal qazandıq.

 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB