TOP 10

"Sumqayıt"ın məşqçisi ən zəif oyunlarını göstərdiklərini açıqladı: "Sevindirici haldır ki, belə oyunla 1 xal qazandıq"

Futbol
Tarix: 2019-03-15 18:03

"Sumqayıt"ın məşqçisi Elnur Çodarov Azərbaycan Premyer Liqasının XXI turunda "Sabah"la səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

 

- Oyun haqda danışılası bir şey yoxdu. Ən zəif oyunumuzu oynadıq. Bundan nəticə çıxarmaq lazımdı. Sevindirici haldır ki, belə oyunla 1 xal qazandıq.

 

- Qələbəyə nə çatmadı? Sizə elə gəlmir ki, komandada ruh yoxdu?

- Xarakter, istək çatmadı. Həftəboyu futbolçuları motivasiya etmişik. Qış fasiləsindən sonra vəziyyətimiz yaxşı deyil. Uda bilmirik. 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB