TOP 10

"Texniki zona"dan kənarda qalmaq Ayxan Abbasova yenə düşəcək?

Futbol
Tarix: 2019-03-15 16:26

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasında "Sabah"la hazırda ilk hissəsi gedən səfər matçını "texniki zona"dan kənardan izləyir. Sport24.az xəbər verir ki, gənc mütəxəssis qarşılaşmanı "Əlincə Arena"nın tribunasından izləyir. 

 

Komandanı meydana isə Abbasovun əsas köməkçisi Elnur Çodarov çıxarıb. Ancaq Abbasov da kənardan aktiv şəkildə göstərişlərini verir.

 

Maraqlıdı ki, o, ötən mövsüm "Zirə"nin baş məşqçisi olanda uzun müddətli qələbəsiz seryaya məhz cəzalı olduğu qarşılaşmada son qoymuşdu. Bu, "Səbail"ə "Bayıl Arena"da 1:0 hesabıyla qalib gəldikləri matçda olmuşdu. Görəsən, bu dəfə eyni ssenari digər komandada təkralanacaq?

 

Qeyd edək ki, "Sumqayty" qış fasiləsindən qələbəsi olmayan, cəmi 1 xal toplayan yeganə komandadı. 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB