TOP 10

Skoulzun baş məşqçiliyi cəmi 1 ay çəkdi

Dünya Futbolu
Tarix: 2019-03-15 15:00

İngiltərənin 4-cü liqasında mübarizə aparan “Oldhem” klubu baş məşqçisi Pol Skoulzla yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın uğursuz çıxışına görə, Skoulzla qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib.


Skoulz fevralda “Oldhem”də baş məşqçi postuna təyin edilmişdi. Onun rəhbərliyi altında komanda 7 oyun keçirib və cəmi bir qələbə qazanıb.


“Mançester Yunayted”in sabiq futbolçusu olan Pol Skoulz, “qırmızı şeytanlar”ın heyətində 718 oyuna çıxıb. O, məşqçilik karyerasına da məhz burda başlayıb. Skoulz bundan əvvəl “Mançester Yunayted”in 23 yaşadək futbolçulardan ibarət komandasında çalışıb.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB