TOP 10

PSJ onu yola salır: Gecə klubunda əyləndiyi üçün

Dünya Futbolu
Tarix: 2019-03-15 14:33

Fransa çempionu PSJ futbolçusu Adrien Rabyo ilə yollarını ayıra bilər. Sport24.az xəbər verir ki, buna sözügedən futbolçunun UEFA Çempionlar Liqasındakı “Mançester Yunayted” məğlubiyyətindən (1:3) sonra gecə klubunda əylənməsi səbəb göstərilir. Bu barədə Fransa mətbuatı məlumat yayıb.


Fransız yarımmüdafiəçi, həm də, “Mançester Yunayted”in sabiq üzvü Patris Evranın PSJ üzərindəki qələbədən sonra “instagram” hesabında etdiyi paylaşımı bəyənib.


PSJ bu üzdən artıq Rabyonu 2 həftəlik əsas komandadan uzaqlaşdırıb.


2013-cü ildən PSJ-də forma geyinən Rabyo, bu mövsüm 20 qarşılaşmada iştirak edib. Onun Paris təmsilçisiylə mövsümün sonuna qədər müqaviləsi var.

20 May 2019
19 May 2019
B.eÇ.aÇC.aCŞB