TOP 10

“Ölkəmizi layiqincə təmsil etdiyimə görə böyük fərəh hissi keçirirəm”

Digər
Tarix: 2019-03-15 14:01

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında dünya birinciliyində 102 kq çəki dərəcəsində toplamda bürünc medal qazanan Əli Şükürlü tarixi uğuru haqda danışıb. Sport24.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlama verərək əldə etdiyi nəticə ilə bağlı hisslərini bölüşüb:


“Təbii ki, çox sevinirəm. Dünya birinciliyində iştirak etmək, ən yaxşılarla birlikdə bir körpücükdə mübarizə aparmaq böyük şans və imkandır. Las-Veqasa medal ümidiylə gəlmişdim, bunu çox istəyirdim. Şükürlər olsun ki, istəyim nail ola bildim. Ölkəmizi layiqincə təmsil etdiyimə görə böyük fərəh hissi keçirirəm. İnşallah, bu uğurların davamı gələr. Sonda ilk müəllimim Ağalar Muxtarov başda olmaqla, qələbəmdə əməyi olan bütün məşqçilərimə, yığma komandanın və federasiyanın işçi və rəhbər heyətinə təşəkkür edirəm”.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB