TOP 10

Ayxan Abbasovu yola salan, Ayxan Abbasovun tribunadan izləyəcəyi hakim

Futbol
Tarix: 2019-03-15 14:00

Azərbaycan Premyer Liqasında XXI turun startına saatlar qaldı. Artıq tura hakim təyinatları də məlumdu. Maraqlıdı ki, ötən turda FİFA referilərimizdən Rəhim Həsənovla zədəsini sağaldan Rauf Cabarov iş başında idisə, bu dəfə onlar kənarda, Yunanıstandan idarəçilikdən qayıdan Əliyar Ağayev isə iş başında olacaq. Bəs, görəsən, budəfəki baş hakimlər cari mövsümdə neçə oyun idarə ediblər, neçə vərəqə, neçə penılti təyin ediblər və bu turda komandaların hansıyla yenidən üzləşəcəklər? Sport24.az bunlarla bağlı araşdırma aparıb.

 

 

Məmmədovla hərəyə 3 dəfə

15 mart

16:00. "Sabah" - "Sumqayıt"

Baş hakim: Orxan Məmmədov

 

Bu sabiq FİFA referisinin hazırkı komandalarla cari çempionatda yolu çox kəsişib. Təsadüfi deyil ki, Orxan Məmmədovun idarə etdiyi matçların yarıdan çoxunda - hərəyə 3 dəfə "Sabah"la "Sumqayıt" iştirakçı olub. Düzdür, üz-üzə gəldikləri görüşdə ilk dəfə baş hakim olacaq. Onu qeyd edə bilərik ki, "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Zirə"ni çalışdırarkən məhz "Sabah"la "Dalğa Arena"da 0:2 hesabıyla uduzaraq istefaya göndərildiyi 3-cü tur matçında fit sahibi məhz Orxan olub. Abbasov bu dəfə cəzalı olduğundan Məmmədovla hazırkı görüşü tribunadan izləməli olacaq.  

 

Yekun

Orxan Məmmədov "Sabah"ın görüşlərində - 3 dəfə, 1 dəfə qalib gəlib (2:0), 2 dəfə uduzub (0:2 və 1:2), 8 sarı vərəqə göstərib.

 

Orxan Məmmədov "Sumqayıt"ın görüşlərində - 3 dəfə, 1 dəfə qalib gəlib (2:1), 1 dəfə heç-heçə edib (2:2), 1 dəfə uduzub (0:2), 12 sarı vərəqə göstərib. 

 

Orxan Məmmədov cari çempionatda - 8 görüş idarə edib, 52 sarı (26-sı meydan sahiblərinə, 26-sı qonaqlara), 3 qırmızı vərəqə (2-si meydan sahiblərinə, 1-i qonaqlara) göstərib, penalti təyin etməyib. 

 

 

"Zirə"yə nabələd, "Keşlə"yə düşərsiz

16:00. "Zirə" - "Keşlə"

Baş hakim Rəvan Həmzəzadə

 

Bu gənc hakim cari çempionatda "Zirə"nin qarşılaşmasını idarə etməyib. İki dəfə isə "Keşlə"nin oyununda baş hakim olub ki, hər ikisində komanda qələbə qazana bilmədiyindən onun üçün düşərli hakim deyil. Özü də maraqlıdı ki, bunlar "Qəbələ"ylə matçlar olub. Sadəcə, Qəbələdəki görüşdə "Keşlə"nin baş məşqçisi serbiyalı Mladen Milinkoviç olubsa, sonrakında artıq hazırkı çalışdırıcı Tərlan Əhmədov idi. 

 

Yekun

Rəvan Həmzəzadə "Zirə"nin matçlarında - ilk dəfə. 

 

Rəvan Həmzəzadə "Keşlə"nin matçlarında - 2 dəfə, 1 heç-heçə edib (1:1), 1 dəfə uduzub (1:2), 6 sarı vərəqə göstərib, penalti təyin etməyib. 

 

Rəvan Həmzəzadə cari çempionatda - 9 görüş idarə edib, 36 sarı (17-si meydan sahiblərinə, 19-u qonaqlara), 3 qırmızı vərəqə (1-i meydan sahiblərinə, 2-si qonaqlara) göstərib, 1 penalti təyin edib (meydan sahiblərinin qapısına). 

 

 

"Qarabağ" Ağayevlə darmadağın edir

16:45. "Səbail" - "Qarabağ"

Baş hakim: Əliyar Ağayev

 

Bu FİFA referimiz indiyədək "Səbail"lə "Qarabağ"ın matçlarında ən çox baş hakim olub - hərəyə 4 dəfə. "Dənizçilər" bunun 3-də uduzduğundan, onlar üçün uğursuz hakimdi. Üstəlik, qış transferi olan Elvin Yunuszadəyə qırmızı vərəqə göstərib, xeyrinə təyin etdiyi penaltini hücumçusu Ruslan Qurbanov qola çevirə bilməyib. "Qarabağ" isə Ağayevin idarə etdiyi görüşlərdə müsbət saldoya malikdi. Özü də Ağdam klubu Əliyarın baş hakimi olduğu matçlarda qələbələri bir qayda olaraq darmadağınla qazanıb.

 

Əliyar Ağayev "Səbail"in oyunlarında - 4 dəfə, 1 dəfə qələbə qazanıb (2:0), 3 dəfə uduzub (0:3, 0:1, 0:2), 6 sarı, 1 qırmızı vərəqə göstərib.

 

Əliyar Ağayev "Qarabağ"ın oyunlarında - 4 dəfə, 2 dəfə qələbə qazanıb (4:1, 6:0), 1 dəfə heç-heçə edib (1:1), 1 dəfə məğlub olub (1:3), 9 sarı vərəqə göstərib. 

 

Əliyar Ağayev cari çempionatda - 13 oyun idarə edib, 51 sarı (meydan sahiblərinə 30, qonaqlara 21), 3 qırmızı vərəqə (2-si meydan sahiblərinə, 1-i qonaqlara) göstərib, 3 penalti təyin edib (1-i meydan sahiblərinin, 2-si qonaqların qapısına)

 

 

"Qəbələ" Bayramovla bayram edib, "Neftçi" isə...

19:00. "Neftçi" - "Qəbələ" 

Baş hakim: Səbuhi Bayramov

 

Cari mövsümdə milli çempionatımızda debüt edən bu gənc hakim adıçəkilən komandaların hərəyə 1 dəfə oyununda idarəçilik edib. "Qəbələ" "Əlincə Arenada "Sabah"ı məğlub etməklə ilk dəfə bu çempionatda ardıcıl 2 qələbə qazanıbsa, "Neftçi" Zirədə vacib 2 xal itirib. 

 

Səbuhi Bayramov "Neftçi"nin qarşılaşmalarında - 1 dəfə, 1 heç-heçə edib (0:0), 1 sarı vərəqə göstərib. 

 

Səbuhi Bayramov "Qəbələ"nin qarşılaşmalarında - 1 dəfə, 1 qələbə qazanıb (1:0), 2 sarı vərəqə göstərib

 

Səbuhi Bayramov cari çempionatda - 4 oyun idarə edib, 15 sarı (9-u meydan sahiblərinə, 6-sı qonaqlara), 1 qırmızı vərəqə (meydan sahiblərinə) göstərib, penalti təyin etməyib. 

 

 

 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB