TOP 10

Esyen yenidən Bakıda - "Səbail"lə müqavilə imzalamaq üçün gəldi - FOTO

Futbol
Tarix: 2019-03-15 11:41

"Səbail"in heyətinə qatmaq istədiyi ulduz futbolçu Maykl Esyen Bakıya gəlib. Sport24.az xəbər verir ki, bu barədə rəsmi məlumat yayan "dənizçilə" bu gün paytaxtımıza gələn qanalı futbolçu "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyununu da tribunadan canlı izləyəcəyini açıqlayıb.

 

37 yaşlı Esyenin yaxın 1-2 gündə "Səbail"lə rəsmi müqavilə imzalayacağı gözlənilir. Vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi komandaların formasını geyinmiş yarımmüdafiəçinin Bakı klubu ilə sözləşməsinin müddəti bu mövsümün sonu və növbəti mövsümü əhatə edəcək.
 

Xatırladaq ki, Maykl bir neçə gün öncə UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı paytaxtımızda təşkil olunan "Ulduzlar finalı"nda da meydana çıxmışdı.

 

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB