TOP 10

AFFA İcraiyyə Komitəsinin üzvləri millimizlə görüşüb - FOTO

Futbol
Tarix: 2019-03-15 10:58

Avropa çempionatının elit-raund mərhələsində çıxış edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi oyunların keçiriləcəyi Rusiyanın Krasnodar şəhərinə yola düşməzdən əvvəl AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqov və İsgəndər Cavadov, eləcə də Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obradoviç U-19-un üzvləri ilə görüşüb. Sport24.az xəbər verir ki, “Dalğa Arena”nın ərazisindəki Milli Komandaların Məşq Mərkəzində keçirilmiş görüşdə millimizə uğrular arzulanıb, müvafiq tövsiyələr verilib.

 

Xatırladaq ki, U-19 millimiz elit-raund mərhələsində martın 20-də Rusiya, 3 gün sonra İrlandiya, martın 26-da isə Rumıniya komandası ilə qarşılaşacaq.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB