TOP 10

Emil Balayev millidən dəvəti çox gözləyirmiş: "Səlahətin üstünlükləri çoxdu, Kamranın çağırılmamağı haqda isə..."

Futbol
Tarix: 2019-03-15 10:30

Milli komandamızın Xorvatiya ilə rsəmi oyuna və Litvayla yoldaşlıq görüşünə açıqlanan heyətində Premyer Liqamızda top qovan futbolçularla yanaşı, ölkədən kənarda çıxış edən oyunçular da var. Bunlardan biri olan Emil Balayev digərlərindən fərlqi olaraq yeni legioner həyatı yaşayır. Qış fasiləsində "Səbail"dən Qazaxıstanın "Tobol" klubuna keçən 24 yaşlı qapıçı Sport24.az-a müsahibəsində bir sıra mətlələrdən danışıb.

 

- Artıq yeni klubunda, yeni çempionatda rəsmən debüt etmisən və bu, uğurlu alındı. Hər halda, komandan böyük hesabla qalib gəldi, sən isə qapını toxunulmaz saxladın. Bunun davamı gələcəkmi? Bu gün də səni əsas heyətdə görə biləcəyikmi?

- Şükür Alllaha ki, debüt yaxşı alındı və gələn oyunlarda da yaxşı olar. Bugünkü heyət barədə hələ bir informasiyamız yoxdu. İnşallah, oyuna təlimat olanda bilinəcək. Bu haqda indidən konkret bir şey deyə bilmərəm. Çünki mənimlə çıxış edən hər 2 qapıçı - həm Sultan Busurmanov, həm də Andrey Paseçenko yüksək səviyyəlidirlər. Mehriban atmosfer var, məşqlərdə birgə çalışaraq özümüzü maksimum göstərməyə çalışırıq ki, baş məşqçinin etimadını qazanaq. İnşallah, kimə "çərçivə"ni qorumaq qismət olsa, fikirləşirəm ki, bu etimadı layiqincə doğruldar.

 

- Millimizin qarşıdakı heyətində yer alacağını gözləyirdinmi? Legioner həyatı yaşamağının, üstəlik, uğurlu debütünün dəvət almaq məsələsini asanlaşdıracağını düıünürdünmü?

- Millinin heyətində yer alacağımı çox gözləyirdim. Çünki burda olmaq özü qürurverici haldı. Amma öncədən onu deyim ki, legioner həyatı yaşamaqla hansısa bir üstünlük var, belə bir şeylər ağlıma gəlirdi - yox, bunları fikirlərşməmişdim. Amma bir onu deyə bilərəm ki, millinin heyətində olmağı çox istəyirdim. Şükürlər olsun ki, bu da oldu.

 

- Millinin uzun illərdi əsas qapıçısı, eyni zamanda kapitanı olan Kamran Ağayevin bu dəfə çağırılmamağı sənə təəccüblü gəlmədi? Təcrübəli həmkarınızın olmamağı əsas heyətə yolunuzu açır...

- Təbii ki, Kamran beynəlxalq oyunlarda çox böyük təcrübəsi olan futbolçudu. Bu, təkcə mənim yox, hamımızın bildiyi bir faktdı. Ancaq çağırıb-çağırmamaqla bağlı bir fikir bildirə bilmirəm. Çünki bu, birbaşa baş məşqçinin düşüncəsidi və onun hər bir fikrinə futbolçular hörmətlə yanaşmalıdırlar. Ona görə də Kamranla bağlı bir fikir deyə bilmərəm.

 

- Çoxları deyirdi ki, Kamran olsa belə, Səlahət Aayevin əsas heyətdə yer almaq şansı daha çoxdu. Çünki çox yaxşı mövsüm keçirir. İndisə Kamran olmayanda, bu, yüzfazili olur. Səlahətlə rəqabət aparmaq nə dərəcədə çətin olacaq? Emil Balayev yaxın gələcəkdə millidə "1 nömrə" olmaq perspektivini nə dərəcədə real görür?

- Təbii ki, hər şey göz qabağındadı. Maşallah olsun, Səlahət doğrudan da çox yaxşı bir mövsüm keçirir. Az-çox onun da beynəlxalq oyunlarda təcrübəsi var. Fikirləşirəm ki, Səlahətin üstünlükləri çoxdu. Gələcəkdə mən də çalışaram ki, özümü yaxşı tərəfdən göstərim, Təbii ki, hər bir futbolçunun işi məşqlərdə, oyunarda özünü maksimum göstərmək, etibarı qazanmaq, bundan sonra da onu saxlamaq, hər dəfə bunu nümayiş etdirməkdi. Mən də öz tərəfimdən bunları etməyə çalışacam. 

 

- Milli yeni baş məşqçinin rəhbərliyi altında 5 günlük hazırlıqdan sonra debüt edəcək. Özü də milimizdə yeni simalar da var, rəqib isə çox güclüdü - son dünya çempionatının vitse-çempionu Xorvatiya yığması. "Maksimir" stadionunda güclü azarkeş dəstəyi qarşısında özünüzü yaxşı tərəfdən göstərməyə hazır sayırsınız? Nə gözləmək olar, reallıq nə deyir?

- Hal-hazırda millidə özünüzün də qeyd etdiyiniz kimi, yeni simalar var. Komanda hələ bir yerə toplanmayıb, bir yerdə məşq etməyib. Sualnızı Bakıda milliyə qoşulandan sonra daha dəqiq cavablandırmaq olar. Çünki indi beynimdə konkret bir fikir yoxdu. Amma ən azından baş məşqçinin də müsahibələrini görmüsünüz, artıq onun açıqlamalarından da bilmək olar ki, komandanı psixoloji hazır olması üçün kökləyir. Fikirlşirəm ki, inşallah, ən azından layiqli mübarizə apararıq. Komandaya qoşulandan sonra bəlkə daha da aydın fikir bildirmək olacaq. 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB