TOP 10

"Traktorsazi" lider oldu

Dünya Futbolu
Tarix: 2019-03-15 01:00

İran çempionatında XX turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktorsazi” evdə Xorasanın "Padideh" klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.Qələbə topunun müəllifi 22-ci dəqiqədə fərqlənən legioner Antoni Stokes olub. 
 

Bu nəticədən sonra "Traktor" xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. "Persepolis" 42 xalla 2-ci, "Sepehan" 41 xalla  3-cüdü.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB