TOP 10

Rəhimov "Qarabağ"dan xal almalarının yolunu göstərdi: "Bu, nə qədər çətin olsa da, mümkündü"

Futbol
Tarix: 2019-03-15 09:00

"Axırıncı məğlubiyyət bizə çətinlik yaratdı. Qəbələdə heç-heçə bizim üçün ideal variant olardı. Düzdür, ora 1 xal üçün getməmişdik. Ancaq uduzmağımız işimizi bir az çətinləşdirdi. Çətinlikdən qorxmuruq. Bu işə düşmüşüksə, çətinliklər mütləq olacaq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in vitse-kapitanı Şəhriyar Rəhimov bildirib.

 

Azərbaycan Premyer Liqasının son turunda "Qəbələ"ylə səfər matçında 1:2 hesabıyla uduzan "dənizçilər" rəqibiylə xal fəriqnin 3-ə enməsinə şərait yaratdı. Şəhriyarın sözlərinə görə, çempionatı hazırda qərarlaşdqıları 3-cü pillədə başa vurmaları üçün çox çalışmalı olacaqlar: "Əlbəttə, 3-cü yeri saxlamağın çox çətin olacağını əvvəldən bilirdik. Qış fasiləsində təlim-məşq toplanışında bu haqda çox danışdırdıq, çox çalışdırq. Asan heç nə olmur. Hazırda çempionatımızda cəmi 8 komanda var və görürsünüz ki, son pillənin sahibi "Sumqayıt" lider "Neftçi"yə necə sinə gərir. Turnir cədvəlində sonda getsə də, irəlidə gedən istənilən komandadan xal ala bilər. Onu demək istəyirəm ki, indiki çempionatımızda ardıcıl 3-4 qələbə qazanmaq demək olar mümkün deyil. Eə bir komanda yoxdur ki, dalbadal bu qədər qalib gəlsin və rəqiblərindən aralansın. Bu dəqiqə turnir cədvəlində çox sıxlıqdı, 3-cü pillədən başlayaraq aşağıyadək xal fərqi azdı. Nə qədər çətin olsa da, ardıcıl 2-3 qələbəylə hər şey dəyişə bilər".

 

Rəhimov III dövrəyə yekun vuracaqları "Qarabağ"la bugünkü ev matçında xal qazanmalarını qeyri-mümkün saymır: "Çempionatımızda komandalar arasında səviyyə baxımından demək olar böyük fərq yoxdu. Yalnız "Qarabağ"la "Neftçi"ni qeyd etmək lazımdı ki, futbolçuların səviyyəsinə, keyfiyyətinə görə başqa klublardan bir az qabaqdadırlar. Ona görə çox çətin olacaq. "Qarabağ"da fərdi ifaçılar çox güclüdü. Bu rəqibə qarşı komanda şəklində mübarizə apara bilsək, xal ala bilərik. Necə ki ötən turda "Zirə" bunun bariz nümunəsi idi. "Qarabağ"dan xal almağımız nə qədər çətin olsa da, mümkündü".

 

Qeyd edək ki, 2-ci pillədə gedən "Qarabağ" ən yaxın izləyicisi olan, cari çempionatda məğlubiyyətlərindən birini aldığı "Səbail"i 11 xal qabaqlayır. 

 

 

MEHMAN SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB