TOP 10

“Traktorsazi” liderliyi ələ keçirdi

Dünya Futbolu
Tarix: 2019-03-14 09:00

Futbol üzrə İran çempionatında 22-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.


Təbriz klubu doğma meydanda Xorasan “Padideh”i ilə qarşılaşıb. “Traktorçular” bu oyundan qələbə ilə ayrılıb - 1:0.


“Traktorsazi” bu qələbə sayəsində vahid liderliyi ələ keçirib. Cənubi Azərbaycan nəhənginin hesabında artı1 43 xal var.


Təbrizin digər təmsilçisi - “Maşinsazi” isə bu turda “Pars Jonoubi Jam”ın qonağı olacaq.


“Maşinsazi” 22 xalla 16 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB