TOP 10

“Neftçi” - “Qəbələ”: 48-ci duel

Futbol
Tarix: 2019-03-14 21:05

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü dövrənin son oyunları bu həftə keçiriləcək. Sport24.az xəbər verir ki, milli komandaların oyunları ilə bağlı yaranacaq fasilə ərəfəsində baş tutacaq 21-ci turda “Qəbələ” “Neftçi” ilə görüşəcək. Martın 21-dəki qarşılaşma paytaxt təmsilçisinin meydanında keçiriləcək.


Bu, iki komanda arasında 48-ci duel olacaq. İndiyədək baş tutan 47 matçda 17 qələbə qazanan “qırmızı-qaralar” 11 heç-heçə edib və 19 dəfə uduzub. Bu görüşlərdə “Qəbələ” daha çox – 62 qol vurubsa, öz qapısından 60 qol buraxıb.


24-cü dəfə “Neftçi”nin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 8 qələbə qazanıb, 5 heç-heçə edib və 10 dəfə uduzub. Səfərdə 30 qolu olan bu komanda 31 top buraxıb.


Rəqiblərin 47 görüşündən 42-si Premyer Liqa çərçivəsində baş tutub. 16 dəfə meydandan üç xalla ayrılan “Qəbələ” 8 dəfə sülhlə kifayətlənib və 18 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə bölgə təmsilçisinin xeyrinədi – 55:54.

22 May 2019
21 May 2019
B.eÇ.aÇC.aCŞB